salam Azərbaycan
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

salam Azərbaycan

dfs
 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 ilk nobel mükafatıni alan qadın

Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin



İsmarıc sayı : 26
Kayıt tarihi : 09/12/08

ilk nobel mükafatıni alan qadın Empty
Yeni mövzuMövzu: ilk nobel mükafatıni alan qadın   ilk nobel mükafatıni alan qadın Icon_minitimeC.a. Dek. 18, 2008 1:31 pm

Admin yazıb:
ilk nobel mükafatıni alan qadın 560910






“Tarixin axarını dəyişən qadınlar”: Mariya Küri - İki dəfə Noıbel mükafatı alan qadın (1867-1934)

Daha çox madam Küri kimi tanınan Mariya Küri 1867-ci ilin noyabrın 7-də Polşanın ana şəhəri olan Varşavada ziyalı ailəsində anadan oldu.

Vətənpərvər ailə

Daha çox madam Küri kimi tanınan Mariya Küri 1867-ci ilin noyabrın 7-də Polşanın ana şəhəri olan Varşavada ziyalı ailəsində anadan oldu. İxtisasca müəllim olan atası Vladislav Sklodovski eyni zamanda bir neçə məktəbdə direktor vəzifəsində işləyirdi. O, o qədər elmi biliyə malik idi ki, uşaqları atalarını canlı ensiklopediya adlandırmışdılar. Anası Bronislavanın uşaqları, xüsusən Mariya üzərində böyük təsiri vardı. O, Varşavanın ən böyük qız məktəblərindən birinin müdiri idi. Ailənin həyatı 1871-ci ildə birdən-birə dəyişdi. Buna da səbəb vərəm xəstəliyinə yoluxan əmilərinin onlarla birgə yaşaması oldu. O vaxt vərəm xəstəliyi müalicə olunmurdu və bu xəstəliyə tutulan insanlar çox yaşaya bilmirdilər. Mariyanın anası da xəstə əmisindənmi və ya başqa birisindənmi bu xəstəliyə tutuldu və 1878-ci ildə vəfat etdi. O vaxt Mariyanın 11 yaşı vardı. Bu ölüm Mariyanı bərk sarsıtmışdı. Onun həyatını dəyişdirən və taleyində dərin bir iz buraxan digər amil isə Polşa xalqının müstəqilliyi uğrunda mübarizə aparması ilə bağlı idi. 18-ci əsrin 70-90-cı illərində Polşa Rusiya, Avstriya və Prussiya arasında bölüşdürülmüş və beləliklə də, müstəqilliyini itirmişdi. Küri anadan olmamışdan 3 il əvvəl ölkədə müstəqillik uğrunda əhali ayağa qalxmış, lakin bu hərəkat Rusiya tərəfindən qan içində boğulmuşdu. Rus əsarətinə dözməyən intellektual, azadlıqsevər polyakların əksəriyyəti xaricə getməyə məcbur olmuşdular. Lakin Mariyanın ailəsi ölkədə qalmağa və əhali arasında gizli şəkildə milli vətənpərvərlik hisslərini daha da alovlandırmağa üstünlük vermişdi. Atası, əvvəlcə, onu həm rus, həm də polyak dillərində təhsil verən məktəbə verdi. Amma polyak dilində təhsil verən məktəbin perspektvi az idi. Çünki polyak dilində məktəbi bitirənlərin universitetə qəbul olunmasına qadağa qoyulmuşdu. Mariya isə anası kimi, müəllim olmaq istəyirdi. Ona görə də atası onu rusca təhsil verən məktəbə qoydu. Belə ki, həm Mariya, həm də böyük bacısı Broniya xaricdə ali təhsil almaq niyyətində idilər. Lakin atanın birdən-birə iki uşağı xaricdə oxutmaq imkanı yox idi. Amma bacılar öz arzularından əl çəkmək niyyətində deyildilər.

Bacılar çalışıb, bir-birilərini oxutdular

Oxumaq arzusu Broniya və Mariyanı orijinal bir üsula əl atmağa məcbur etdi. Qərara alındı ki, Broniya Parisdə tibb təhsili alacaq, Mariya isə o, oxuduğu müddətdə işləyərək bacısının maddi ehtiyaclarını ödəyəcək. Broniya məktəbi bitirdikdən sonra isə Mariya təhsilini davam etdirəcəkdi. Belə də elədilər. O dövrdə tanınmış ziyalı qadın Jadviqa Davıdova tərəfindən Polşada “Uçan Universitet” adlı bir qurum təsis edilmişdi. Bu, ali təhsil almaq üçün polyak qızların gizli şəkildə getdiyi bir akademiya idi. Mariya bu akademiyada fizika və riyaziyyatı dərindən öyrəndi, eyni zamanda bacısına da yardım etdi. O, 1889-cu ildə 21 yaşında ikən Parisə bacısının yanına getdi və burada Sorbonna Fənn Elmləri Akademiyasına qəbul olunmaq üçün ərizə verdi. Mariya imtahan verən 1825 nəfərin arasından bu ali məktəbə daxil olan 23 tələbədən biri oldu. Bir neçə il sonra bacısı Broniya ailə həyatı qurdu və onlar universitetdən bir saatlıq uzaqlıqda olan evdə birgə yaşamağa başladılar. Amma Mariya bacısıgildə dərslərinə rahat hazırlaşa bilmirdi. Ona görə də o, Parisin ən kasıb məhəllələrindən birində ev kirayələdi. O vaxt belə yerlərdə yaşayanlara həm dərs yoldaşları, həm də müəllimlər pis baxırdılar. Amma Mariya bu xoşagəlməz münasibətlərə fikir vermədən gecə-gündüz bilmədənnlarına mane olacağını düşünürdü. Onların evlənməsnə mane olan bir amil də Pyerin polyak olmaması idi. Çünki� Mariya artıq Varşavaya qayıtmağı düşünürdü...

Həyatını dəyişdirən ailə həyatı

Ali məktəbi bitirən il bir tələbə yoldaşının evində 35 yaşlı Pyer Küri ilə tanış oldu. O vaxt Pyer Küri� elektriki kəşf edən alim kimi tanınırdı. O, eyni zamanda sənaye, kimya və fizika məktəbinin laboratoriyasının rəhbəri idi. Bir müddət görüşdükən sonra Pyer Mariyaya evlənmək təklifi etdi. Amma Mariya ərə getmək istəmir və bunun elmi araşdırmalarına mane olacağını düşünürdü. Onların evlənməsnə mane olan bir amil də Pyerin polyak olmaması idi. Çünki ərə gedəcəyi halda, Polşaya dönmək arzusundan vaz keçmək məcburiyyətində qalacaqdı. Amma Pyer bu maneəni aradan qaldırmaq üçün onunla Varşavaya getməyə və orada� yaşamağa razı olduğunu bildirdi. Pyerin bu təklifini qəbul edən Mariya onunla nikaha girməyə razı oldu. 1895-ci ildə onlar ailə həyatı qurdular və Mariya ərinin soyadını (Küri) götürdü.
Ailə həyatı qurduqdan sonra onlar birlikdə laboratoriyada çalışmağa başladılar. Əsas tədqiqat obyekti isə uran elementi və radioaktivlik idi. İlk qızları İren dünyaya gələndə laboratoriya çalışmalarına bir az ara verdilər. Amma Mariya radioaktiv maddələr üzərində tədqiqatları davam etdirirdi. 1898-ci ildə o, toriumun radioaktiv işıqlar yaydığını hiss etmişdi. Ərinin yardımı ilə o bu məsələni daha dərindən araşdırmağa başladı. Araşdırmalarının sonunda radiokativliyin atomla əlaqəli olduğunu və mineralların düzülüşündən qaynaqlandığı tezislərini ortaya atdı. 1900-cu ildə bir çox elm adamları atom deyilən bir şeyin varlığına inanmırdılar. Onlar buna gülür və müəllifi ələ salırdılar. Ancaq eyni oxşar tədqiqatların nəticəsində tanınmış fizik Bekkerel də Küri ilə oxşar nəticəyə gəlmişdi. Beləliklə, Mariya və Pyer Küri birlikdə poloniumu kəşf etdilər. Bu, Mariyanın Nobel mükafatına yolunu açdı. 1903-cü ildə Mariya və Pyer Kürilər “Radiasiya hadisəsinin tədqiqindəki əvəzedilməz müştərək fəaliyyətlərinə görə” Nobel Fizika Mükafatına layiq görüldülər. Mariya bununla da dünyada Nobel mükafatı alan ilk qadın fizik oldu.

Radiumun təhlükəli gözəlliyi

1904-cü ildə Mariya Sevrdəki bir qız məktəbində, Pyer isə Sorbonna Universitetində dərs verməyə başladı. Həmin ilin sonlarında dünyaya ikinci qızları gəldi. O vaxt artıq Mariya və Pyer məruz qaldıqları radioaktiv şüalanmanın təsirini öz üzərlərində hiss etməyə başlamışdılar. Həmin dövrdə mətbuat və bir çox tanınmış fiziklər yanlış olaraq radiuma müalicə edən element adı vermişdilər. Ancaq onlar radiumun radioaktiv şüalanma mənbəyi olduğunu və gözlə görünməyən qamma şüalar buraxmağından xəbərsiz idilər. Bu şüalanma nəticəsində Kürilər xeyli arıqlamış və gücdən düşmüşdülər. İş o yerə gəlib çatmışdı ki, ər-arvad Kürilər özlərini çox pis hiss etdiklərindən Nobel mükafatını almağa belə, gedə bilməmişdilər. Həkimlər onları müayinə edir, ancaq bir şey tapa bilmirdilər.
1906-cı il, aprel ayının 19-da Pyer at arabasının vurması nəticəsində dünyasını dəyişdi. Bundan sonra Mariya iki qızı ilə dul qaldı. 1908-ci ildə onu ərinin yhərində elmi tədqiqatlar zamanı həddindən artıq şüalanmaya məruz qalaraq vəfat etdi. Onun ölümündən sonra qızı İren həyat yoldaşı Frederik Joliorla birlikdə adıçəkilən sahədə tədqiqatları davam etdirdilər və ooə təhqir etdilər. Buna baxmayaraq, 1911-ci ildə Solvay konfransında radium və poloniumun kəşfi ilə bağlı (“Kimyanin inkişafindakı əvəzedilməz fəaliyyətinə, radium və polonium elementlərinin kəşf edilməsi, Radiumun ayrılmasi və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə”) Mariyaya tanınmış fizik Poinkar ilə birlikdə Nobel mükafatı verdilər. Beləliklə, Mariya dünyada iki dəfə Nobel mükafatı alan ilk qadın oldu. 1914-cü ildə isə onu Paris Universitetində qurulan Radium İnstitunun rəhbəri vəzifəsinə təyin etdilər. O, Varşavada da Radium institunun qurulmasında mühüm rol oynadı. Amma 1934-cü ildə Fransanın Savoy şəhərində elmi tədqiqatlar zamanı həddindən artıq şüalanmaya məruz qalaraq vəfat etdi. Onun ölümündən sonra qızı İren həyat yoldaşı Frederik Joliorla birlikdə adıçəkilən sahədə tədqiqatları davam etdirdilər və onlar da 1935-ci ildə Nobel mükafatı aldılar.
Əvvələ qayıt Aşağa gitmek
http://ajdaryek.yetkinforum.com
 
ilk nobel mükafatıni alan qadın
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
salam Azərbaycan :: xəbərlər-
Keç: